waplog

ABŞ-da “Windows 10” sisteminin təqdimatı olacaq


“Microsoft” korporasiyasının “Windows 10” adlandırılan yeni əməliyyat sisteminin təqdimatı yanvarın 21-də istehsalçının ABŞ-ın Redmond şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək.

Tədbirdə korporasiyanın baş direktoru Satya Nadella, əməliyyat sisteminin hazırlanmasına məsul Direktorlar Şurasının üzvləri Terri Mayerson və Co Belfior, "Xbox” platformasına cavabdeh Fil Spenser çıxış edəcəklər.
 
“Windows 10”-un bu versiyasında hibrid qurğu istifadəçilərinə kənar klaviaturaya ehtiyacın olub-olmamasından asılı olaraq iş rejimlərini asanlıqla dəyişməyə imkan verən "Continuum” funksiyası, həmçinin “Microsoft Cortana” səs köməkçisinin işi dəstəklənəcək.
 
“Microsoft”un yeni əməliyyat sisteminin təqdimatını 2015-ci ilin yanvarında keçirəcəyi noyabrın sonunda məlum olub. O da bildirilib ki, korporasiyanın tədbiri yanvarın 6-9-da Las-Veqasda keçiriləcək illik "CES 2015” sərgisindən ayrıca olacaq.
 
Qeyd edək ki, “Windows 10” ilk dəfə oktyabrın əvvəlində San-Fransiskoda qapalı tədbirdə nümayiş olunub. Yeni əməliyyat sistemi bütün növ qurğular, o cümlədən fərdi kompüter və smartfonlar üçün ümumi olacaq. Əlavələr mağazası da bütün sistem modifikasiyaları üçün eyni olacaq.
 
Korporasiyanın əməliyyat direktoru Kevin Ternerin sözlərinə görə, yeni əməliyyat sistemi bazara 2015-ci il yayın sonunda və ya payızın əvvəlində çıxarılacaq, - "NEWSru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL