waplog

Hakerlər milyonlarla istifadəçinin bank kartları haqqında məlumatlarını oğurlayıb


ABŞ-ın 1,4 min mağazanın sahibi olduğu “Staples” ofis üçün malların satışı üzrə nəhəng şəbəkəsi ardıcıl haker hücumlarına məruz qalmasını rəsmən bəyan edib.

Kiberhücumlar cari ilin iyulundan sentyabrınadək həyata keçirilib. Hakerlər “Staples”in 115 mağazasının ödəniş sistemini zərərli proqram təminatı ilə yoluxduraraq 1,16 milyondan çox alıcının bank kartları haqqında məlumatlarını oğurlaya biliblər.

Sentyabrda hakerlərin "The Home Depot” pərakəndə satış şəbəkəsinin ödəniş sisteminə müdaxilə etməsi və 60 milyon kredit kartı haqqında məlumatı oğurlaması barədə məlumat yayılıb.


Dekabrın əvvəlində ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yerli biznesi naməlum hakerlər tərəfindən mümkün kiberhücumların həyata keçirilməsi barədə xəbərdarlıq edib. FTB xəbərdarlığı “Sony Pictures Entertainment” kino şirkətinə hücumdan sonra edib. Hücum şəbəkəyə şirkət və ulduzların fərdi məlumatlarının sızmasına səbəb olub, - "Lenta” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL