waplog

Beynəlxalq şirkətin proqram təminatlarının Azərbaycan sığorta bazarında tətbiqinə başlanılacaq


Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkətinin proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. 
 
İcbari Sığorta Bürosundan (İSB) “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İSB ilə həmin şirkət və “Audatex” şirkətini Fransada təmsil edən “Sidexa” şirkəti arasında “Birgə fəaliyyət haqqında” müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, növbəti ay ərzində “Solera Azərbaycan” şirkətinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin, “Audatex” şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi  ilə əlaqədar şirkət tərəfindən lazımi işlər həyata keçirilməkdədir.
 
“Solera Azərbaycan” şirkətinin 2015-ci ilin 01 iyul tarixindən fəaliyyətə başlaması planlaşdırılır.  
 
Qeyd edək ki, “Audatex” şirkəti dünyanın bir çox ölkəsində xidmət göstərir. Zərərlərin qiymətləndirilməsi üzrə sahənin ölkədə inkişaf etdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması və s. məsələlər baxımından adı çəkilən şirkətin iş təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.
 
CAHANGİR

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL