waplog

Cari ilin 11 ayında Çindən proqram təminatının ixracı 14 faiz azalıb


Çin Xalq Respublikasının (ÇXR) Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabrında Çindən proqram təminatının ixracı ötən  ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalaraq 268,2 milyard yuan (43,8 milyard dollar) təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sözügedən qurum müvafiq dövrdə informasiya texnologiyaları sektorunda gəlir artımının azalmasını qeyd edib. 11 ayda Çinin İT şirkətlərinin xalis mənfəəti 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 23.7 faiz artaraq 2,35 trilyon yuan (384,1 milyard dollar) təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə artım 25.6 faiz olub. Eyni zamanda İT sektorun gəliri 20,1 faiz artaraq 3,3 trilyon yuan (539 milyard dollar) təşkil edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL