waplog

Naxçıvanda 11 ay ərzində quraşdırılan POS-terminalların sayı 597-yə çatıb


Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsi ilə aparılması üçün Naxçıvan Muxtar Respublikasında cari ilin 11 ayı ərzində 597 ədəd POS-terminal istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu rəqəm Naxçıvan MR-in cari ilin yanvar-noyabr ayları üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
Ümumilikdə 1 dekabr 2014-cü il tarixə muxtar respublikada POS-terminalların sayı 845-ə çatıb.
  
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
 
CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL