waplog

“İKT-də Qızlar günü” gələn ilin aprelində qeyd ediləcək


Gələn il "İKT-də Qızlar günü" (Girls in ICT Day" ) aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində  qeyd ediləcək.

"ICTnews" xəbər xidmətinin "Femmes Digitales" - Azərbaycan qadınları İKT-də" klubunun rəsmi xəbərinə istinadən verdiyi məlumata əsasən, "İKT-də Qızlar günü" BTİ-yə üzv ölkələrin razılaşması əsasında hər il aprelin 4-cü cümə axşamı qeyd edilir.
 
Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir. Bu gün İKT müəssisələrində açıq qapı günləri keçirilir, bu sahədə işləyən qadınlarla görüşlər təşkil olunur və bu sahədə təcrübə almaq imkanı təqdim edilir.
 
Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını  qlobal səviyyədə əhatə edib.
 
Qeyd edək ki, bu il "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin  qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL