waplog

Bakı sakinləri yaxın zamanda mobil qurğularında yeni parketmə sistemindən faydalana bilərlər


Azərbaycanda ilk dəfə olaraq “Baku Parkinq” mobil parkinq sistemi layihəsinin təqdimatı olub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihə “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisinin iştirakçılarına təqdim edilib.
 
Yeni parketmə xidməti “Android” və “iOS” əməliyyat sistemləri üzərində işləyən mobil qurğuların sahibləri üçün nəzərdə tutulub.
 
Bu xidmət “Baku Parkinq” sistemində avtomobil dayanacaq yeri olan ən yaxın mərkəzləri müəyyən edib boş yerlər haqqında məlumat əldə etməsini və avtomobil dayanacaq ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.
 
Artıq internetdə test rejimində sistemin “www.bakuparking.az”  internet saytı fəaliyyət göstərir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL