waplog

2014-cü ilin ən yaxşı smartfonu bəlli olub


Mobil telefonlara həsr edilmiş ən böyük ingilisdilli nəşr “iPhone 6” aparatını 2014-cü ilin ən yaxşı smartfonu adına layiq görüb. Bütün ili ən yaxşı mobil elektronika nümunələrini diqqətlə yoxlamış resurs “Apple”ın aparatını öz reytinqində birinci pillədə yerləşdirib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, cari ilin sentyabrında nümayiş etdirilmiş “Retina” displeyli “iPhone 6” və “iPhone 6 Plus” smartfonları qabaqcıl texnologiyaları dəstəkləyir və nazik metaldan hazırlanmış korpusa malik olduğundan bu aparatları əldə saxlamaq rahat və istifadə etmək asandır. Hər iki model daha da təkmilləşdirilib: 64 bitlik “Apple A8” prosessoru, keyfiyyətli “iSight” kamerası, simsiz texnologiyalara malikdir və “iOS 8” platforması ilə işləyir.
 
"Kimsə bazarda daha yüksək xarakteristika və funksionallığa malik smartfonlar olduğunu deyə bilər. Belə istifadəçilər üçün xatırladaq ki, bu və ya digər telefonun daha yaxşı olmasını displeyin təsvir ölçüsü və ya kameranın meqapikseli təyin etmir. “iPhone 6” nazik, yüngüldür və gözəl tərtibata malikdir. Etibarlı aparatdır və istifadəsi sadədir. Sözügedən aparatın kamerası çox gözəl fotoşəkillər çəkir – “PhoneArena” resursu yazıb. – Əlbəttə, bu, mükəmməl smartfon deyil. Amma rəqibləri ilə müqayisədə ideala daha da yaxınlaşıb".
“Motorola Droid Turbo” aparatı reytinqdə ikinci pilləni tutub. Bu telefon “Android” platforması ilə işləyən ən yaxşı cihazlardan biri kimi qəbul edilib. Aparatın avtonom iş vaxtı sevindiricidir.
 
Üçüncü pillədə Cənubi Koreyanın “LG G3” aparatı qərarlaşıb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL