waplog

Elektron arayış əsasında kredit verən bankların sayı artacaq


Məlum olduğu kimi, “Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub.
 
Hazırda bu xidmətdən “Unibank” ASC, “Accessbank”, “Bank of Baku”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC və “Bank Respublika” ASC faydalanmaqdadır.
 
Yaxın zamanda isə “İnkişaf üçün maliyyə” Qeyri-Bank Kredit Təşkilatı, “Rabitabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AGBank” ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.
 
Qeyd edək ki, vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL