waplog

“Seagate Seven” – 500 QB tutumunda ən nazik xarici sərt disk


Məşhur sərt disk istehsalçısı "Seagate Technology" şirkəti yeni xarici sərt disk modelini rəsmən tanıdıb. Yeni qurğu "Seagate Seven" adlandırılıb və şirkətin nümayəndəsi bildirib ki, bu, "USB 3.0" interfeysi ilə təchiz edilmiş 500 QB tutumunda ən nazik xarici daşıyıcıdır.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Seagate Seven" daşıyıcısı 7 mm qalınlığında tamamilə metal korpusda hazırlanıb. "Seagate Seven" daşıyıcısının tam ölçüləri 122,5x82x7 mm,  qurğunun çəkisi 90 qramdır.
 
Şirkət "Seagate Seven" xarici sərt diskinin çıxarılışı ilə 35 illiyini qeyd edib.
 
500 QB tutumunda "Seagate Seven" daşıyıcısı bu ay 100 dollar qiymətinə satışa çıxarılacaq. Şirkət artıq ilkin sifarişlərin qəbuluna başlayıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL