waplog

“Acer” bazarda ən böyükölçülü “Chromebook”unu nümayiş etdirib


“Acer” şirkəti “CES” beynəlxalq elektronika sərgisi ərəfəsində 15,6 düymlük xrombukunu elan edib: bu, bazarda öz sinfi üzrə ən böyükölçülü həll olub. Yeni “Acer Chromebook 15” xrombuku “Chrome OS” əməliyyat sisteminin son versiyası ilə işləyir, 1920x1080 piksel təsvir ölçüsünə malikdir və 8 saat müddətində avtonom işləyə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, yeni həllin çıxarılma tarixi hələ ki dəqiq bilinmir, ancaq məlumdur ki, “Acer” şirkətinin qabaqcıl xrombuku bir neçə konfiqurasiyada əlçatan olacaq. Belə ki, ekran 1920x1080 pikseldən başqa, daha aşağı – 1366x768 piksel təsvir ölçüsünü təklif edə bilər; daxili fləş daşıyıcının tutumu 16 və ya 32 QB, əməli yaddaşın həcmi isə 2 və ya 4 QB təşkil edə bilər.
 
“Intel Broadwell Core i3” və ya “Celeron” prosessorlarından istifadə oluna bilər. “USB 3.0”, “USB 2.0”, “HDMI” və “SD” konnektorlar dəsti əlçatandır. “Acer Chromebook 15” xrombukunun satış qiyməti 250 dollardan başlanacaq.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL