waplog

Azərbaycan Vergilər Nazirliyi İT təchizatının təkmilləşdirilməsinə 900 min manata yaxın vəsait yönəldib


Azərbaycan Vergilər Nazirliyi informasiya texnologiyaları təchizatını təkmilləşdirir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, nazirlik İT təchizatını yaxşılaşdırmaq məqsədi ilə ümumi dəyəri 857513,26 manat olan beş müqavilə bağlayıb.
 
Nazirliklə “Cybernet” şirkəti arasında proqram təminatlarına əlavə və dəyişikliklərin edilməsi üzrə 67551,99 manat dəyərində müqavilə imzalanıb.
 
“Caspel” şirkəti ilə texniki avadanlıqların alınması üzrə 643353,27 manat dəyərində müqavilə imzalanıb.
 
“Delta Telekom” şirkəti ilə detektorların alınması üzrə 117616,64 manat dəyərində razılıq əldə edilib.
 
“Bakcell” şirkəti ilə nazirlik arasında rabitə xidmətlərinin göstərilməsi üzrə 10200 manat dəyərində, “Logen” şirkəti ilə EOOD Proqram təminatı lisenziyalarına dəstəyin göstərilməsi üzrə 18791,36 manat dəyərində müqavilələr imzalanıb.
 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL