waplog

“Teleradio” yeni FM verici istismara verib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi yeni FM verici quraşdıraraq istismara verib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ölkə ərazisində yayım keyfiyyətinin yüksəldilməsi ilə optimal yayımın təmin edilməsi məqsədilə, Ağsu rayonunda yerləşən Gülüstan radio-televiziya yayım stansiyasında “Teleradio” İstehsalat Birliyi tərəfindən yeni FM verici quraşdırılıb, istismara verilib.
 
Qeyd edək ki, 5 kVt gücündə, 89,6 MHs tezliyində Xəzər radio proqramlarını yayımlayan FM vericinin istehsalçısı “Vigintos Elektronika” şirkətidir.
 
Hazırda “Teleradio” DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin ölkə ərazisində qurulması ilə yeni televiziya yayım standartının tətbiqi, İPTV və OTTV xidmətlərinin təşkili üzərində işləyir.
 
Aynur  Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL