waplog

Rusiyada ilk dəfə müsəlmanlar üçün telefonlar satışa çıxarılıb


Rusiyada müsəlmanlar üçün telefon satışa çıxarılıb. Bu qurğuların özəlliyi istifadəçiyə gündə beş dəfə namaz vaxtının çatmasını xəbər verən daxili zəngli saata malik olmasıdır. Rusiya Müsəlmanları İttifaqının sədri Nailə Ziqanşina bu haqda deyib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, aparat İslam üç ənənəvi rəngdə (yaşıl, qırmızı və qara) təqdim edilib. Korpus şərq stilində qızıl naxışlarla bəzədilib. Ərəb və rus dilində Quran qurğunun yaddaşına yüklənilib. Rahat menyu surələrin arasında sürətli keçidə imkan verir.
Telefona 1,3 meqapiksel təsvir ölçülü kamera, fənər, radioqəbuledici quraşdırılıb. Aparat iki SİM kart dəstəkləyir, “Bluetooth” və “GPRS” simsiz rabitə modulları ilə təchiz edilib. Mobil telefonun daxili yaddaşı 64 MB təşkil edir.

Sözügedən telefonların istehsalı ilə məşğul olan şirkətin nümayəndəliyindən bildirilib ki, bir qurğunun satış qiyməti 1,9 min rubldur. Telefonlar Çində yığılır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL