waplog

Çin ilk dəfə “iPhone” satışlarının həcminə görə ABŞ-ı qabaqlayıb


“UBS” şirkətinin yeni hesabatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində “iPhone”un tədarük həcminə görə dünyanın ən böyük bazarı olmuş Çin ilk dəfə ABŞ-ı ötüb.

Analitiklərin məlumatına görə, ötən ilin dördüncü rübündə “Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə “Apple”  69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda “alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, güman ki, zamanla Çin “Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.

Ötən ilin noyabrına olan məlumata görə, “Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini “Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL