waplog

2015-ci il Kompüter Oyunları üzrə Dünya Çempionatı Polşanın Lodz şəhərində təşkil olunacaq


Beynəlxalq Kiberidman Federasiyası (İeSF) hamı üçün açıq elan edilmiş builki Dünya Çempionatının ilk iki yarışı barədə anons verib. Söhbət “Counter strike: Golbal Offensive (5x5)” və “DOTA 2 (5x5)” komanda yarışlarından gedir.  Tezliklə təkbətək və eləcə də qadınların yarışları barədə anonsun veriləcəyi gözlənilir.
 
Azərbaycan Kiberidman Federasiyasından bildirilib ki, “Open for all” xarakteri daşıyan həmin çempionatda həm kişilər, həm qadınlar, həm də qarışıq heyətlər öz qüvvələrini sınaya bilərlər.
 
 
Qeyd edək ki, 2014-cü il Kompüter Oyunları üzrə Dünya Çempionatı Azərbaycanda keçirilib. Builki çempionatın isə Polşanın Lodz şəhərində təşkil olunacağı gözlənilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL