waplog

Elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisində artım müşahidə olunur


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, hökumət tərəfindən elektron xidmətlərdən istifadənin təşviq edilməsi əhalidə ona olan marağı artırıb.

Bu səbəbdəndir ki, e-xidmətlərdən yararlananların sayında günü-gündən artım qeydə alınır. O baxımdandır ki, ölkə üzrə elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisində artım müşahidə olunur.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, 2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.
 
 
Onu da qeyd edək ki, 2014-cü ilin yanvar-dekabr aylarında VN-in xətti ilə dövlət büdcəsinə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub, proqnoza 100,2 faiz əməl edilib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28,8 faizi əlavə dəyər vergisinin, 13,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15 faizi isə digər vergilərin payına düşür.
 
 
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon 486,5 min manat vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 14,5 faiz çoxdur.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL