waplog

“Google” yeni “Project Ara” konstruktor telefonunun satışına başlayacaq


ABŞ-ın “Google” şirkətinin ən gözlənilən cihazlarından biri modulyar smartfondur. Bu qurğuya istənilən əlavə hissəni (fləş yaddaşdan termometrədək) bərkitmək mümkün olacaq. “Project Ara”nın istehlak bazarı üçün pilot variantı, nəhayət, bu il işıq üzü görəcək. Yeni cihazı ilk olaraq Puerto-Rikoda satın almaq mümkün olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, “Google Project Ara” iddialı layihəsi sayəsində istifadəçilər yeni müasir cihazların çıxarılması zamanı öz smartfonunu yalnız yeniləməyəcək, həm də qurğuların sınması zamanı detallarını əvəzləyəcək.
 
Aparatın əsas bazası karkası formalaşdırır ki, bu hissəyə də istənilən modulu quraşdırmaq mümkün olacaq. Dəstə olduqca geniş əlavə element dəsti –  ekran, kamera, prosessor, əməli yaddaş qurğuları, saat, akkumulyator və sairə daxil olacaq. İstənilən detalı ayrı-ayrılıqda satın almaq mümkün olacaq.
 
“Google”un rəhbərliyi “Project Ara” layihəsi üçün start meydançası kimi Puerto-Rikonu ona görə seçib ki, adıçəkilən ölkənin əhalisi müxtəlif tip smartfon və əməliyyat sisteminə üstünlük verir.
Sözügedən cihazın dəqiq çıxarılma tarixi məlum deyil.
 
“Google”dan başqa, həmçinin müvafiq layihələri reallaşdıran bir neçə şirkət var. “Nokia”nın keçmiş əməkdaşları tərəfindən təsis edilmiş “Vsenn” brendi tezliklə bahalı seqmentə məxsus öz smartfon-konstruktorunu təqdim edəcək.
 
Finlandiyanın “Circular Devices” startapının hazırladığı “Puzzlephone” üç moduldan ibarət olacaq. Birinci modula ekran, dinamika və karkas, ikinciyə akkumulyator və əlavə elektron komponentlər, üçüncüyə isə prosessor və kamera daxildir.
 
Emil Hüseynov
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL