waplog

“Amazon” planşetinin qiyməti 250 dollar olacaq


Dəfələrlə bildirilib ki, “Amazon” internet mağazası tezliklə öz planşet kompyuterini təqdim edəcək. Artıq qurğunun noyabr ayında satışa çıxarılacağı məlumdur.

Məlumatlara əsasən, qurğu sensor ekrana malik olacaq. Ekranın diaqonalı 7 düym təşkil edəcək. Mini-kompyuterin 6 Qb inteqrasiya edilmiş fləş yaddaş və “Wi-Fi” simsiz əlaqə adapter ilə təchiz olunacağı qeyd olunub.

İnteqrasiya edilmiş kamera və “3G” modulu, ehtimal ki, olmayacaq. Proqram platforması kimi “Android” əməliyyat sistemi tətbiq ediləcək.

Analitiklərin hesablamalarına əsasən, “Amazon” şirkəti dördüncü rüb ərzində 3-5 milyona qədər planşet sata bilər. Yeniliyin qiyməti təxminən $250 təşkil edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL