waplog

Azərbaycan günəş batareyaları zavodunu ilin sonunda istifadəyə verəcək


Azərbaycan alternativ enerji sahəsinin inkişafı istiqamətində işləri davam etdirir Azərbaycan Sənaye Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun sözlərinə görə, artıq 2011-ci ilin sonunadək Sumqayıt texnoparkında inşa olunan günəş batareyaları istehsalı zavodunun tikintisi başa çatdırılacaq.

«Ümid edirik ki, artıq bu ilin sonunadək zavodun tikintisi və quraşdırma işləri başa çatacaq və müəssisə istifadəyə veriləcək.

Bununla da Azərbaycanda fotoelektrik günəş panellərinin istehsalı təşkil olunacaq». – deyə Nazirlik rəsmisi vurğulayıb.

C.Məlikov onu da bildirib ki, zavodda standart məhsullar buraxılacaq: «Avadanlıqların həm sertifikatlaşdırılması, həm də texnoloji istehsal imkanları onun bütün dünyada satışını, instalyasiyasını, eyni zamanda batareyalar vasitəsilə istehsal olunacaq elektrik enerjisinin digər ölkələrə satışını təmin etmək imkanı yaradacaq».

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL