waplog

Stiv Cobsun qızının şərəfinə adlandırdığı kompüter niyə satışdan çıxarılıb?


1983-cü il yanvarın 19-da "Apple" korporasiyası qrafik interfeysli "Lisa" adlı ilk ucuz fərdi kompüterini istehsal edib. Cobsun qızının şərəfinə kompüter belə adlandırılıb.
 
"Lisa" texniki xüsusiyyətlərinə görə "IBM" şirkətinin "Intel" prosessorla təchiz edilmiş "5150" modelindən güclü olub. İstehsalçılar o dövrün ən yaxşı kompüter texnologiyalarını bu cihaza yerləşdirmişdilər: daxili skrinseyver, xüsusi olaraq hazırlanmış "Apple ProFile" sərt diski və təhlükəsiz yaddaş rejimi.
 
Kompüter ilk növbədə biznes auditoriyası üçün nəzərdə tutulmuşdu. "Apple Lisa" kompüterinin sifarişçilərindən biri ABŞ Milli Aerokosmik Agentliyi olub.
 
"Apple Lisa" kompüteri 1986-cı ilədək istehsal edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL