waplog

“Facebook” “Android” platforması üçün “Facebook Lite” tətbiqini sınaqdan keçirir


“Facebook” sosial şəbəkəsi ucuz “Android” smartfonlar üçün saytın sadə versiyası olan “Facebook Lite” mobil tətbiqini sınaqdan keçirir.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, hazırda sözügedən mobil tətbiq Banqladeş, Vyetnam, Zimbabve, Nepal, Nigeriya, Sudan, Şri-Lanka və CAR-da əlçatandır. Sınaqlar uğurlu olduğu halda, mobil tətbiq başqa ölkələrdə də əlçatan olacaq. Bu tətbiq “Android” platforması ilə işləyən köhnə və ucuz smartfonlar, həmçinin “2G” rabitəsinə və ya sadəcə zəif qoşulmaya malik  istifadəçilər üçün nəzərdə tutulub.

Belə mobil tətbiqin çıxarılması əsas rabitə vasitəsi smartfon və mobil platformalardan istifadə olunan inkişaf etməkdə olan ölkələrin bazarında “Facebook”un öz mövqeyini gücləndirmək istəyinə sübutdur.  2014-cü ilin üçüncü rübündə Hindistan ən sürətlə inkişaf edən smartfon bazarı olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL