waplog

Son rübdə “Microsoft”un xalis mənfəəti 10 faiz azalıb


Ötən ilin oktyabr-dekabrında ABŞ-ın "Microsoft" korporasiyasının xalis mənfəəti 5,9 milyard dollar təşkil edib. Halbuki, 1 il əvvəl bu göstərici 6.6 milyard dollar olub. Azalma 10 faiz təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hesabat dövründə "Microsoft"un mədaxili 8 faiz artaraq 26,5 milyard dollar təşkil edib. Rübün nəticəsinə görə, əməliyyat gəliri 7.7 milyard dollar təşkil edib.
 
İstifadəçi qurğuları bölməsinin (Devices & Consumer) gəliri 8 faiz artaraq 12,9 milyard dollar olub.
 
"Microsoft" hesabat dövründə 6,6 milyon "Xbox" oyun konsolu satıb.
 
"Microsoft" korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsul portfelinə "Windows" əməliyyat sistemi, "Microsoft Office" paketi, "Skype" proqramı, "Bing" axtarış sistemi, həmçinin "Xbox"  oyun konsolları daxildir. Şirkətin səhmləri "NASDAQ" birjasında satılır, kapitallaşması 387,5 milyard dollar təşkil edir.
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL