waplog

2015-ci ildə qlobal onlayn ticarətin artım tempi 16 faizi ötəcək


Bu il qlobal pərakəndə satış həcminin 16,5 faiz artaraq 78,9 milyard dollara çatacağı gözlənilir. Ekspertlər bunu dünyanın pərakəndə satış şirkətlərinin məhsulların satılması üçün internet kanallarının inkişafına vəsaitlər yatırmaqda davam etmələri ilə izah edirlər. 

Proqnozlara görə, 2015-ci ildə Avropada onlayn ticarətin həcmi 18,4, ABŞ-da 13,8, Kanadada 13,2 faiz artacaq.

Böyük Britaniya internetdə illik alışların orta göstəricisi üzrə digər ölkələr arasında liderdir. Belə ki, cari ildə bir britaniyalı onlayn məkanda 1,773 dollar xərcləyəcək ki, bu da ötən ildən 9,6 faiz çoxdur.

Avropa ölkələri arasında adambaşına düşən bütün onlayn alışlarının orta dəyəri 11 faiz artmaqla 1,238 dollar təşkil edəcək. Amerikalılar ötən illə müqayisədə 7,4 faiz daha çox xərcləyəcək. Orta hesabla hər ABŞ vətəndaşı ilin yekunları üzrə internetdə 1,691 dollar sərf edəcək.

Pərakəndə Satış Mərkəzinin məlumatına görə, 2014-cü ildə pərakəndə onlayn satışların həcmi 68 milyard dollara çatıb, - "Payspacemagazine”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL