waplog

“Angry Birds” yaradan şirkətin oyun tərtibatı rəhbəri yeni startap işə salacaq


“Angry  Birds” oyununu yaradan “Rovio” şirkətinin Finlandiya filialının və oyun tərtibatı bölməsinin rəhbəri Jeymi Layes şirkətdə fəaliyyətini dayandırıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, J. Layes “Angry  Birds” biznesinin uğurlu inkişafı və mobil oyunlar bazarında rəqabətin artdığı dönəmində şirkəti tərk etmək qərarına gəlməsinin səbəbi, onun yeni startapı işə salmaq planları ilə bağlıdır.
 
“Rovio” şirkətinin uğurlu “Angry Birds” brendini animasiya edilmiş teleseriala və lisenziyalı istifadəçi məhsuluna çevirdiyinə baxmayaraq, şirkət hələ də hit oyunlar istehsalı üzərində mübarizə aparır. Lakin bununla belə, şirkət bu yaxınlarda işçilərinin 14 faizini ixtisara salmaq niyyətində olduğunu bildirib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL