waplog

Bakıda “VSICM55: VMware vSpehre: Quraşdırma, sazlama, idarəetmə” mövzusunda təlimlər keçiriləcək


 “Softline” Təlim Mərkəzi martın 9-13 tarixlərində Bakıda  “VSICM55: VMware vSpehre: Quraşdırma, sazlama, idarəetmə” mövzusunda təlimlər keçirəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu gündən etibarən təlim qrupuna açıq yığım elan edilib. 
 
Təlim “ESXi” və “vCenter” serverlərini istifadə edən “vSphere” əsasında həllərin idarəetməsi, konfiqurasiyası və quraşdırılması ilə bağlı məsələlərin baxılması üçün nəzərdə tutulur.
 
İştirakçılar  "ESXi 5.5” və “vCenter Server 5.5” proqram təminatlarını istifadə edəcəklər. 
Təlimə “VMware® Certified Professional 5” statusunu almaq üçün imtahana hazırlıq daxildir. 
 
Kurs “ESXi” və “vCenter Server” serverləri ilə işə cavabdeh olan və “Windows” və ya “Linux” əsasında əməliyyat sistemlərinin idarəetməsi təcrübəsinə malik olan sistem administratorları, mühəndislər və mütəxəssisləri üçün nəzərdə tutulub. 
 
İştirakçılar ESXi-nin, “vCenter Server”in quraşdırma və sazlama, virtual maşınların miqrasiya və idarəetməsini həyata keçirmə, “Vmware” infrastrukturuna istifadəçi çıxışının idarəetmə və digər bacarıqlarına yiyələnəcəklər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL