waplog

Çin kompüter şirkətlərindən məxfi proqram kodlarını tələb edib


“The New York Times” nəşrindəki materiala əsasən, Çin hakimiyyəti ölkə banklarına kompüter avadanlığının satışı ilə məşğul olan xarici şirkətləri məxfi proqram kodlarını açmağa məcbur etmək niyyətindədir.

Qəzet yazır ki, nəticədə “Apple” daxil olmaqla ABŞ-ın ən böyük şirkətləri zərərə məruz qala bilər.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ötən ilin sonunda təsdiq edilmiş hansısa hökumət sənədinə istinadən ABŞ qəzeti yazır ki, 2019-cu ilə rəsmi Pekin Çinin maliyyə təşkilatları tərəfindən istifadə edilən texnologiya məhsulunun 75 faizi üzərində nəzarəti ələ keçirməyə hazırlaşır.
 
Çin hakimiyyətinin qəbul etdiyi normativ-hüquqi aktlara əsasən, sahibkarlar yalnız proqram kodunu deyil, həm də proqram və aparat təminatına bekdor tətbiq etməlidir, həmçinin onlar əsaslı auditor yoxlamasından keçməli olacaq.
 
Yeni qanunvericiliyə əsasən, gələcəkdə Çin bazarında qalmağı planlaşdıran müəssisələr sözügedən ölkənin ərazisində elmi tədqiqat mərkəzləri tikməli və kompüter avadanlığına xidmət göstərən əməkdaşları üçün icazə almalı olacaq. Şirkətlər, həmçinin Çin hakimiyyətinə kompüterlər tərəfindən emal edilən məlumatların monitorinqini həyata keçirməyə imkan verən "portlar"a çıxış imkanı verməlidir.
 
Yeni qaydalar xarici şirkətlər tərəfindən böyük narahatçılıq doğurub və onlar ehtiyat edir ki, Çin bu yolla onları ölkədən çıxarmaq istəyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL