waplog

“Google” İngiltərədə “Gmail” üzərindən pul köçürülməsi funksiyasını işə salıb


Böyük Britaniya ərazisində birbaşa “Gmail” poçt xidmətinin interfeysindən pul göndərmək xidməti işə salınıb.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, məktub yazarkən “Attach Money” düyməsinə sıxmaq və köçürüləcək məbləği qeyd etmək kifayətdir. Əgər alan şəxsin “Google Wallet”i yoxdursa, o, avtomatik yaradılacaq və pul cüzdanına yerləşdirilmiş pulu başqa istifadəçilərə pul köçürmək, “Google Play” internet mağazasında alış-veriş üçün istifadə etmək mümkün olacaq. Bundan başqa, pulu almaq üçün alan şəxsin “Gmail” hesaba malik olması vacib deyil. Bərkitmə istənilən poçt xidmətində işləyir.

Yeni funksiya bir neçə həftə ərzində tədricən Böyük Britaniyanın 18 yaşdan yuxarı bütün istifadəçiləri üçün əlçatan olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL