waplog

Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artıb


Ölkədə ödəniş infrastrukturunun inkişafı davam edir. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir.

Plastik kartların sayı artıq 5.9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2.5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Mərkəzi Bankdan (MB) bildirilib ki, MB-da strateji plan çərçivəsində institusional inkişafın sürətlənməsinə yönəlmiş layihələrin icrası yekunlaşır:
 
“Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib. 2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Cari ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək”.
 
Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir:
 
 “Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyəti qurumlarla birgə iş aparacaq. 2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcək”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL