waplog

Dövlət Agentliyinin elektronlaşmaya dair planları məlum olub


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin daxili elektron sənəd dövriyyəsi sisteminin yaradılması və idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunması nəzərdə tutulur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikir agentliyin 2015-2018-cü illər üzrə Strateji Planında əks olunub.
 
Sənəddə göstərilir ki, inteqrasiya ilə əlaqədar fəaliyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə həyata keçiriləcək.
 
Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində “Elektron xidmətlər” bölməsi və onun daxilində üç əsas keçid (inzibati reqlamentlər, elektron xidmətlərlə bağlı qanunvericilik, xüsusi razılıqlar və icazələr) yaradılıb və informativ qaydada fəaliyyət göstərir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL