waplog

BANM-ın tələbələri İT üzrə qlobal tələbə yarışması ilə bağlı məlumatlandırılıb


“Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin mütəxəssisləri Bakı Ali Neft Məktəbinin (BANM) II kurs tələbələri ilə görüş keçirib.
 
 
BANM-dan verilən məlumata görə, görüşdə məqsəd  tələbələri “Microsoft ImagineCup” müsabiqəsinin şərtləri haqqında ətraflı məlumatlandırmaq olub.
 

“Microsoft ImagineCup” – İT- texnologiyaları üzrə qlobal tələbə yarışmasıdır. Bu yarışma 4 müsabiqədən - Oyunlar, İnnovasiyalar, Dünya Vətəndaşlığı və Kodların ovu müsabiqələrindən ibarətdir. Yarışın məqsədi innovativ və orijinal proqram təminatı yaratmaqdır. Milli seçim turundan başlayan və hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi Dünya finalları ilə nəticələnən bilik yarışmasında iştirak üçün dünya tələbələrinə açıqdır.
 

Qaydalara əsasən, namizəd 16 yaşdan aşağı olmamalı, ali və peşə təhsil müəssisəsinin tələbəsi olmalıdır.  Komanda müxtəlif universitetlərin tələbələrindən və maksimum 4 nəfərdən ibarət ola bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışa bilməlidir.
 
 
CAHANGİR



 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL