waplog

Çində internet istifadəçilərinin sayı 650 milyon nəfərə çatıb


Çin İnternet İnfrastrukturu İnformasiya Mərkəzi (CNNIC) 2014-cü ilin yekunları üzrə ölkənin internet məkanında aparılan tədqiqatın nəticələrini açıqlayıb.
 
Bildirilir ki, Çinin internet auditoriyasının sayı 649 milyona çatıb və artımın 2013-cü illə müqayisədə bir qədər zəifləməsinə baxmayaraq istifadəçilərin sayı 31 milyon artıb.
 
İnternet istifadəçilərinin təxminən 86 faizi və ya 557 milyon nəfəri şəbəkəyə mobil qurğularla daxil olur. Çində internetin ümumi nüfuzetmə səviyyəsi 47,9 faiz təşkil edir.
 
“CNNIC” nümayəndələri qeyd edirlər ki, Çində elektron ticarət mağazalarından və ödəniş servislərindən istifadə edənlərin sayı artır, eyni zamanda, mikrobloqların populyarlığı azalır. Bundan başqa, smartfonlara tələbat aşağı düşür. Belə ki, 2013-cü ildə Çində 423 milyon smartfon satılmışdısa, ötən il bu göstərici 389 milyon olub.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada internet istifadəçilərinin sayı 3 milyard nəfəri ötüb. Bundan belə qənaətə gəlmək olur ki, internet istifadəçilərinin ümumi sayının təxminən 22 faizi Çində yaşayır, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL