waplog

Fləş brelokların tutumu 2 TB-a qədər artacaq (VİDEO)


“Transcend” şirkəti Tayvan Sənaye Texnologiyaları İnstitutunun (İTRİ) dəstəyi ilə tezliklə rekord tutuma malik (2 TB-ya qədər) fləş breloklarının istehsalını öyrənmək niyyətindədir.

“Thin Card” daşıyıcısının kompyuterə 5 Qbit/s ötürmə sürəti təmin edən “USB 3.0” interfeysi vasitəsi ilə qoşulacağı bildirilib. Bununla belə yenilik ölçüsünə görə müasir fləş breloklarla müqayisə edilə bilər.

“Transcend” şirkəti artıq 16 QB informasiya saxlaya bilən “Thin Card” versiyasını nümayiş etdirib. 2 TB fləş brelokların istehsal müddətləri, həmçinin onların qiyməti hələ bildirilmir. Məlumat üçün qeyd edək, ən tutumlu müasir fləş breloklar 256 Qb-a qədər məlumat saxlamağa qadirdir.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL