waplog

Azərbaycanda “Silicon Valley” biznes turu keçiriləcək



Bakıda martın 23-29-da “HappyFarm” şirkətinin təşkilatçılığı ilə “Silicon Valley” biznes turu keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan sərmayədarları, top-menecerləri, şirkət sahibləri, maliyyə sahəsində peşəkarlar, İT layihələri maliyyələşdirmək istəyən klassik sərmayədarlar və vençur fondları üçün nəzərdə tutulub.
 
Tur ABŞ-da yüksək texnoloji biznesin xüsusiyyətləri və İT layihələrə sərmayələr, startaplar və şirkətlər, yeni işgüzar əlaqələrin axtarışına, həmçinin biznesin yaradılması imkanlarının aşkar edilməsinə yönləndirilib.
 
Turun ətraflı proqramı ilə  internet ünvanında tanış olmaq olar.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL