waplog

Bakıda növbəti “Oracle Day 2015” seminarı keçirilib


Bakıda bu gün rəqəmli texnologiyalara həsr olunmuş növbəti “Oracle Day 2015” seminarı keçirilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə “Rəqəmsal pozulma, Uğurlu Təşkilatların transformasiya və inkişafı”, “Dünya Səviyyəli Müştəri Təcrübəsinin nümayişi - bütün kanallar üzrə qarşılıqlı əlaqənin qurulması”, “SPARC Sistemi üzərində Yüksək Performans”, “ORACLE Appliance  - Bu gün və sabah”, “Oracle 12c In-Memory-ni hansı səbəbdən seçirlər? - Real zamanda təşkilatın gücləndirilməsi” mövzularında şirkətin müxtəlif şöbələrinin mütəxəssislərinin məruzələri təqdim edilib.
 
Tədbirdə həmçinin “Oracle” şirkəti Mühəndisləndirilmiş Məlumat Anbarı Sistemlərinin, ERP-nin müasirləşdirilməsi, İctimai Bulud texnologiyaları sahəsində təcrübələri bölüşüblər.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL