waplog

2014-cü ildə 1 milyard fərdi məlumat oğurlanıb


2014-cü ildə məlumat sızmalarının sayı 49 faiz artıb. Ümumilikdə il ərzində bir milyarda yaxın məlumat ələ keçirilib. Bu barədə “Gemalto” şirkətinin hesabatında deyilir.
 
Ötən il geniş yayılmış məlumat sızması kateqoriyası identifikasiya məlumatlarının oğurlanması olub.
 
“Gemalto” məlumat sızması indeksi (BLI) üzrə son hesabatı təqdim edib. Hesabata əsasən, 2014-cü ildə dünyada 1500 məlumat sızması qeydə alınıb.  
 
Əldə olunan məlumatlar sübut edir ki, 2013-cü illə müqayisədə məlumat sızması hallarının sayı 49 faiz, oğurlanan və ya ələ keçirilən məlumatların sayı 78 faiz artıb.
 
Fərdi məlumatların oğurlanması sayının müşahidə olunan artım tendensiya ilə yanaşı, 2014-cü ildə məlumat sızmasının xarakteri də ciddiləşib. Bundan başqa, 100 milyon məlumatın ələ keçirilməsi ilə nəticələnən məlumat sızmalarının sayı 2013-cü illə müqayisədə iki dəfə artıb, - “Qazeta.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL