waplog

Avstraliya muzeylərində “selfi” üçün ştativlər qadağan edilib


“Herald Sun” qəzeti yazır ki, Avstraliya muzeylərində son trendlərdən biri – “selfi” çəkilişi üçün ştativlər qadağan edilib.

"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, təhlükəsizlik baxımından belə addım atılıb. Muzeyin əməkdaşlarının fikrincə, “selfi” çəkilişi üçün ştativlər eksponatlara zərər vura bilər. Bu halda muzeyin müəyyən zallarında foto və video çəkilişi mümkündür.

Bundan əvvəl “selfi” çəkilişi üçün ştativlər bir neçə məşhur muzeydə qadağan edilib: Nyu-Yorkda Metropoliten muzeyi, Smitsonovski İnstitutunun muzeyi və Quqqenhaym muzeyi. Həmçinin Avropa futbol klublarının əksər oyunlarında və “Australian Open” tennis yarışında selfi çəkilişi üçün ştativlərdən istifadə etmək olmaz.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL