waplog

Bakıda “Startup AddVenture” konfransı keçiriləcək


Fevral ayının 24-də Bakıda “Startup AddVenture” konfransı keçiriləcək. “CCC Startups” və “Khazar Ventures” şirkətlərinin təşkilatçılığı ilə təşkil edilən konfrans tədris proqramı və startap müsabiqəsindən ibarət olacaq.
 
Tədbirdə “Silicon Valley” və Avropanın ən tələb olunan təlimçiləri iştirak edəcəklər.
 
Konfransla yanaşı, startaplar arasında müsabiqələr keçiriləcək, qalib layihələr həm investisiya, həm də qlobal tədbirlərə çıxış imkanları qazanacaqlar.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, “Startup AddVenture” konfransı Bakıya ən peşəkar startap mütəxəssislərini gətirəcək. Bir gün ərzində keçiriləcək tədbirdə bir neçə təlimçi, o cümlədən “Techcrunch”-ın redaktoru Mayk Butçer, “Virgin Group”-un rəqəmsal marketinqi üzrə keçmiş rəhbəri Aleks Hunter; “Badoo”-nun istifadəçi sayının 100 milyona çatdırılmasına kömək edən Maykl Qir, “HP” şirkətinin daşınan texnologiyaları üzrə rəhbəri Sridhar Solur; “CCC Startups”-ın əsas əməkdaşları Vitaliy M. Golomb, Mayk Rayner, Maks Gurvets və başqaları iştirak edəcək. Konfransda digər peşəkar sahibkarların, yerli ulduz və investorların çıxışları da nəzərdə tutulub.
 
Konfransa qatılmaq üçün biletləri “nail@khazarventures.com” ünvanı və ya +994557817361 nömrəsi ilə əldə edə bilərsiniz.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL