waplog

“Vertu” 22 min dollarlıq smartfon nümayiş etdirib



 "Vertu" öz bahalı smartfonları ilə məşhurdur. Bu yaxınlarda istehsalçının qurğu kolleksiyasına yeni model – "Pure Jet Red Gold" əlavə edilib.

Bu smartfonun dəyəri 21900 dollardır. Aparat 4,7 düymlük "Full HD" təsvir ölçülü ekran, 2 QB əməli yaddaş, "Snapdragon 801" prosessoru, 64 QB daxili yaddaş, 13 meqapiksellik "Hasselblad" kamerası və "Band & Olufsen" şirkətinin qabaqcıl audio texnologiyası ilə təchiz olunub.


"ICTnews" elektron xəbər xidməti "mobiltelefon.ru" saytına istinadən bildirir ki, "Pure Jet Red Gold" smartfonu görünüşcə şirkətin başqa smartfonuna ("Signature Touch") çox oxşayır, amma fərq var.

Gurluluq tənzimləyicisi və dizaynın başqa elementləri qızılla işlənib, smartfonun korpusu keramik işləmələrdən ibarət titandan hazırlanıb və arxa panel isə Alp dağlarında böyüdülmüş buzovun dərisindən işlənib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL