waplog

“Apple” 2020-ci ilədək elektrik avtomobillərinin istehsalını planlaşdırıb


“Bloomberg” agentliyi yazır ki, “Apple” şirkəti 2020-ci ildə elektrik avtomobilləri istehsalına başlamaq niyyətindədir.

Bir qayda olaraq, yeni modelin hazırlanmasına 7 ilədək vaxt sərf olunur. Agentlik hesab edir ki, “Apple”ın qısa müddətdə öz elektrik avtomobilinin istehsalına başlamaq cəhdi şirkətin “Tesla Motors” və “General Motors” kimi rəqiblərlə mübarizə aparmaq niyyətindən xəbər verir.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın yüksək məxfi rejimində layihələşdirilən elektrik avtomobili layihəsi şirkətin baş direktoru Tim Kuk tərəfindən təxminən 1 il əvvəl təqdir edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL