waplog

“Bakı 2015” Avropa Oyunları yarışları dünyanın 50 ölkəsində yayımlanacaq


“Bakı 2015” Avropa Oyunları ABŞ-da da yayımlanacaq. Bu yay baş tutacaq ilk Avropa Oyunlarının yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalanıb.

Təşkilat Komitəsindən bildirilib ki, 12-28 iyun tarixləri arasında “Universal Sports Network” öz kanalında və “UniversalSports.com” internet səhifəsində möhtəşəm “Açılış” və “Bağlanış” mərasimləri də daxil olmaqla, Azərbaycanda keçirilən Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq.
 
Bununla yanaşı, “Universal Sports Network” həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması üçün yayım hüququ əldə edir. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Universal Sports Network” ilə imzalanmış sazişi “Bakı 2015” üçün mühüm təkan adlandırıb. Bu sazişlə “Bakı 2015” Avropa Oyunları yarışları dünyanın 50 ölkəsində yayımlanacaq.
 
Qeyd edək ki, “Universal Sports Network” ABŞ-da olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir və illik olaraq 40-dan çox idman növü üzrə yarışan dünyanın ən uğurlu idmançılarını tamaşaçılarına nümayiş etdirir. 
 
“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində “Time Warner Cable”, “Cox Communications”, “Bright House Networks”, “Verizon FiOS”, həmçinin DIRECTV və DISH kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL