waplog

Texniki Komitə innovasiyalı iqtisadiyyata keçid istiqamətində mühüm işlər görəcək


“Müasir tələblərə cavab verən və beynəlxalq standartlar əsasında qurulan metroloji təminat innovativ iqtisadiyyata keçidi təmin edən vacib vasitələrdən biridir”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin (TK) sədri, Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov söyləyib. “Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin (TK) ilk iclasında O.Abbasov TK-nın əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, bu gün innovasiyalı iqtisadiyyatın gücləndirilməsi başlıca məsələlərdən biridir. O qeyd edib ki, hazırda bütün dünyada sözügedən istiqamətdə kompleks addımlar atılır. Azərbaycan da dünyanın inkişaf nəbzini tutaraq lazimi tədbirlər görməkdədir:
 
“Metrologiya sahəsi ilə bağlı beynəlxalq normalara uyğunlaşdırılmış milli standartların, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Metrologiya” adlı standartlaşdırma üzrə Texniki Komitə yaradılıb”.
 
 
Tədbirdə daha sonra TK-nın iş planı və görəcəyi işlər haqqında danışılıb. Bildirilib ki, metrologiya sahəsinin inkişaf etdirilməsi üçün bu sahə ilə bağlı beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilib qəbul edilməsi vacib əhəmiyyət daşıyır.
 
İclasda Komitə nümayəndələri ilə yanaşı, TK-nın üzvləri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Bakı Metropoliteni” QSC, “Azərsun” Holding, Sumqayıt Texnologiyalar Parkı (STP), “İntertek Azəri” Ltd, “SGS Azəri” Ltd, “BP Azərbaycan” və s. təşkilatların nümayəndələri metrologiya sahəsində mövcud problemlər və inkişafa nail olmaq üçün təkliflərini bildiriblər.
 
 
“Metrologiya” adlı standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyət planı ilə bu linkdən tanış olmaq olar:
 

 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL