waplog

Azərbaycanda daşınmaz əmlakların elektron kadastr məlumat bazasını yaradacaq şirkətlərlə danışıqlar aparılır


Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi ölkənın daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması üzrə layihə həyata keçirməyə hazırlaşır.
 
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kənd üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılmasını və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsini nəzərdə tutur. 

Hazırda layihəni icra edəcək şirkətlərlə danışıqlar aparılır və bu ilin birinci yarımilliyinin sonunadək layihə çərçivəsində işlərin başlanılması ehtimalı istisna edilmir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL