waplog

“Sığorta Azərbaycan” mobil əlavəsinin təqdimatı keçirilib


Azərbaycan Maliyyə Nazirliyi yanında sığorta nəzarəti üzrə dövlət xidməti  və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) "Sığorta Azərbaycan" mobil əlavəsinin təqdimatını keçiriblər.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, əlavəni "Android" və "iOS" platformalarında istifadə etmək olar.
 
Proqramda Azərbaycanda sığorta şirkətləri, sığorta məhsulları, məcburi sığorta tarifləri, sığorta bazarı xəbərləri haqda məlumat verilib.
 
Əlavə proqram Maliyyə Nazirliyinə sığorta şirkətlərinə şikayət göndərməyə, sığorta müqavilələrinin statusunu yoxlamağa, sığorta hadisələri haqda sığorta şirkətlərini məlumatlandırmağa imkan verir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL