waplog

2015-ci ildə daşınan elektronikanın tədarükü 70 milyon ədədə yaxın olacaq


“Gartner” analitiklərinin proqnozuna görə, 2015-ci il daşınan elektronika sahəsində yeniliklərlə bol olacaq.

“Gartner” şirkətinin tədqiqatlar üzrə direktoru Annet Zimmermanın sözlərinə görə, belə qurğuların, o cümlədən “smart” saatlar, fitnes qolbaqlar və müxtəlif trekerlərin tədarükü 38 faiz artaraq 70 milyon ədədə çatacaq. Eyni zamanda mütəxəssis xəbərdar edir ki, belə qurğular smartfonları əvəz edə bilməyəcək və daha çox onların əlavə aksessuarı rolunu oynayacaq.
 
Gələcəkdə daşınan “smart” qurğular bazarı ikirəqəmli templərlə artacaq. Ekspert proqnozlaşdırır ki, 2020-ci ilədək onların satışı 514 milyon ədədə çatacaq.
 
“Apple Watch” “smart” saatlarının satışlarının başlanılması ilə əlaqədar olaraq analitik əlavə edib ki, bu, bazarın inkişafında əhəmiyyətli rol oynayacaq və istehlakçıların diqqətini formalaşan kateqoriyaya cəlb edəcək. Şirkət təmsilçisi vurğulayıb ki, “Samsung”, “Sony”, “Lenovo” və digər istehsalçılar “Apple” şirkətinin yeni məhsulu ilə rəqabət aparmaq üçün daha cəlbedici məhsullar təqdim etmək məcburiyyəti ilə üzləşəcəklər.
 
O əlavə edib ki, "Samsung”, “Google”, “Apple” və “Microsoft” kimi nəhəng şirkətlər artıq istifadəçilərin sağlamlığının saxlanılması üçün nəzərdə tutulan bütöv ekosistemlərin yaradılması üzərində çalışırlar. Bu təşəbbüs yeni biznes modellərinin yaranmasına xidmət etsə də, istifadəçilərin daşınan qurğuların topladığı fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni aktual edəcək, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL