waplog

“Apple” şirkəti patent pozuntusuna görə 533 milyon dollar cərimələnib


“Apple İnc” şirkətinin “iTunes” proqram təminatı “Smartflash LLC” firmasının lisenziyalı 3 patentini pozduğuna görə 532,9 milyon dollar məbləğində cərimələnib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Smartflash” 852 milyon dollar təzminat istəməsinə baxmayaraq qərar “Apple” şirkətini sarsıdıb.

Hakimlər kollegiyası səkkiz saat müzakirədən sonra  “Apple” şirkətinin “Smartflash” patentlərini qəsdən istifadə etməsi ilə bağlı qərara gəlib. “Apple” şirkətinin vəkili isə, öz növbəsində appelyasiyaya şikayət edəcəyini bildirib.

"Biz ödəməkdən imtina edirik. Çünki bizimlə işləyən insanlar innovasiyalara görə illər sərf ediblər. Bu mübahisəni məhkəmə yolu ilə davam etməkdən başqa bizim heç bir ayrı seçimimiz qalmır", - deyə şirkətin bəyanatında deyilir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL