waplog

“Panasonic” yeni interfeys təqdim edib


“Panasonic” korporasiyası və “Mozilla” şirkəti  “VIERA 2015” televizor xəttində “Firefox OS” əməliyyat sistemi əsasında yeni sadə istifadəçi interfeysi təqdim ediblər. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Panasonic”in “4K Ultra HD” LED-televizorları çox sayda yeni funksiya və imkanları dəstəkləyir, o cümlədən “my Home Screen 2.0” və “Info Frame” funksiyalarını. Onların vasitəsi ilə istifadəçilər sevimli kanallarını seyr edə və eyni zamanda müxtəlif qurğulara qoşula biləcəklər.
 
Televizorun ekranı ev sahibinin istəklərinə uyğun şəkildə fərdiləşdirilə bilər. Rahatlıq üçün o, asan naviqasiyalı xüsusi bloklara bölünüb. Platforma üç blokdan ibarətdir - “The Live TV Deck”, “The Apps Deck”, “The Devices Deck”.
 
Bununla yanaşı, platformada “Info Frame” paneli mövcuddur, hansı ki, müxtəlif məlumatlara çıxış təqdim edir, hava proqnozundan başlayaraq, TV proqramlara və sevimli saytlaradək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL