waplog

Vergilər Nazirliyi istifadə etdiyi İT sistemlərin dəstəyini “Caspel” şirkətinə həvalə edib


Azərbaycan Vergilər Nazirliyi "Caspel" şirkəti ilə İT təchizatı üzrə beş müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilələr nazirlikdə çağrı mərkəzinin yaradılmasını, nəzarət və müşahidə sistemlərinə texniki dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur.
 
Belə ki, müqavilələr “195” Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsini, Giriş-Çıxış “Access Control” sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə, zərif müştərilərə (elektron disksiz qurğulara), zərif müştəri serverlərinə, məlumat saxlama avadanlıqlarına, UPS-lərə, printerlərə və digər korporativ şəbəkə və server avadanlıqlarına (Exchange, TMG, Legalands, Spam, Antivirus, Message, Backup serverlər), AVİS ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, “SunServerləri”nə texniki xidmətin göstərilməsini ehtiva edir.
 
Eyni zamanda, “İskratel” ATS-ə texniki xidmətin, ümumi kompüter şəbəkəsinə rabitə xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin və “Oracle” proqram təminatına illik dəstəyin göstərilməsi nəzərdə tutulur.

Bağlanan müqavilələrin ümumi dəyəri 2479076,54 manat təşkil edir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL