waplog

Yaponiya hökuməti onlayn xidmətləri inkişaf etdirmək niyyətindədir


Yaponiya hökuməti bank sahəsində maliyyə müəssisələrinin onlayn servisləri fəal inkişaf etdirməsi üçün müəyyən olunmuş normativləri azaltmaq niyyətindədir. Qərar maliyyə xidmətləri bazarında rəqabətin artması və bank olmayan kredit təşkilatlarının yaranması ilə əlaqədardır.
 
Belə ki, Yaponiya tənzimləyici orqanları banklara informasiya texnologiyaları (İT) şirkətlərinə sərbəst investisiya yatırmağa imkan verəcək ki, bu da onlara onlayn xidmətlərin sayını artırmağa şərait yaradacaq. Həmçinin hökumət banklara törəmə müəssisələr arasında vəsaitləri daha sərbəst bölüşdürməyə icazə verəcək.
 
Yaponiyanın həm bankları, həm də maliyyə tənzimləyici orqanları hazırkı qaydaların bankların biznes mühitində sürətli dəyişikliklərə reaksiya vermək bacarığını məhdudlaşdırmasından narahatdır. Qeyd olunur ki, bu, maliyyə müəssisələrinin maliyyə sahəsində rəqəmli tərəqqidə iştirak imkanlarına mənfi təsir göstərir.
 
“Ölkənin ənənəvi bank sənayesi müştərilərin müasir tələblərinə cavab vermir. Biz bankların onlayn pərakəndə satışda və əhali arasında digər populyar sahələrdə daha fəal iştirakına müsbət yanaşırıq”, - "Standard&Poor’s” reytinq şirkətinin analitiki Tokioda bildirib.
 
Yaponiya Maliyyə Xidmətləri Agentliyi martda qaydalara dəyişikliklərin müzakirəsinə rəsmən başlayacaq, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL