waplog

Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 mini ötüb


Ölkəmizdə informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri olan “Xalq kompüteri”  layihəsi bu il də davam etdirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq layihə çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25300-ə çatıb.
 
“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
 
“Xalq kompüteri”  layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
 
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL